

0.00₼
Ersağ Bio əhəng təmizləyicisi əhəng bağlamış səthlərin təmizlənməsinə kömək edir. Müntəzəm istifadə məişət əşyalarının ömrünü uzadır. İstifadə qaydası: Ölçü çaydan və su qızdırıcısındakı əhəngin miqdarına görə seçilir. 500 ml suya yarım çay stəkanı Bio əhəng təmizləyicisi əlavə edin və məhlulu qaynadın. Qaz çıxması bitənə qədər qaynatmağa davam edin. Əhəng çox olarsa, qaynayan suya bir ölçü də əlavə etmək olar. İstəyə görə proses təkrarlana bilər. Kran və duş kabinlərində istifadə üçün 500 ml isti suya 1 çay stəkanı Bio əhəng təmizləyicisi əlavə edin və məhlulu sprey vasitəsilə lazımi sahəyə tətbiq edin. Tətbiqdən sonra bol su ilə yaxalayın. Xəbərdarlıq: Alüminium, mərmər, taxta və ya turşuya davamlı olmayan səthlərdə istifadə tövsiyə olunmur.