

0.00₼
Çoxməqsədli təmizlik vasitəsidir. Evinizin bütün sərt səthlərində, pəncərə altlıqlarında, xalça, kreslo və divan ləkələrində istifadə üçün xüsusi formulalı ümumi ev təmizliyi vasitəsidir. Axıcı maye konsistensiyasındadır. İstifadə qaydası: Ləkəli parça və ya paltarın üzərinə bir az ilıq su töküb, ləkəni örtəcək qədər Damla konsentratı tökün. Təxminən 5 dəqiqə sonra ləkəli yeri rəngi solmayan bir parça ilə ovaraq silin. Ləkəyə əvvəlcə başqa kimyəvi maddə ilə müdaxilə edilibsə, ləkə çıxmaya bilər. Unutmayın! Hər ləkə çıxmır, bəziləri parçaya hopur. Güzgü, şüşə, masa və s. təmizliyində 1 litr suya 3 damcı, xalça, kreslo və divanlarda isə 1 litr suya 5 damcı əlavə edilir.